• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Hansı hallarda DYP-dən arayış almadan sığortadan pul almaq olar? - 4 qaydası var

Hansı hallarda DYP-dən arayış almadan sığortadan pul almaq olar? - 4 qaydası var

Qəzaya düşən sürücülərdən biri Dövlət Yol Polisi İdarəsindən "Forma 4" deyilən arayışı almadan sığorta şirkəti ona dəymiş zərəri ödəyib. Avtosfer.az xəbər verir ki, bu barədə sürücü Zaur Dadaşzadə sosial şəbəkədə açıqlama yayıb. Bildirib ki, “Forma 4” deyilən və nə işə yaradığı bilinməyən kağız lazımsız bir şey olduğu halda insanlar onu vacib bilir: "Bu, sadəcə DYP ilə sığortanın birləşib yaratdığı bir şeydir. Qəza olur, sığorta və polis gəlir, günahın kimdə olduğu aydınlaşır, səhər DYP-yə çağırılır və gözlənilən an gəlir. Sənədlərə qol çəkiləndən sonra DYP sizə kağız verir ki, gedin sığortadan “Forma 4”ü götürün, qayıdın gəlin bura. Elə edin ki, vuran sürücü sizi görməsin. Belə də deyir açıq-aşkar. Düzü, əvvəl niyə dediyini anlamamışdım. Getdim sığortaya kağızı götürdüm, DYP-yə getmək istəyəndə yadıma düşdü ki, sığortada 10 ildir işləyən tanışım var, onu yığım görüm bu nə məsələdir? Yığdım, dedi o kağızı ora aparsan səni 40 gün yubadacaqlar və başqa problemlər çıxacaq. Bunları etməmək üçün nə lazım olduğunu soruşdum. Dedi, səni vuran adamdan xahiş et gəlsin siğortaya, hər ikiniz birlikdə sığortanın ofisində bir yerdə olsanız, sənədə birlikdə qol çəksəniz, “Forma 4” lazımsız bir sənəd olacaq və cırıb atacaqlar. Mənim avtomobilimi vuran adamdan xahiş etdim, o da gəldi. İkimiz birlikdə sığortaya daxil olanda onlar özləri də təəccübləndi və içəridən mütəxəssis çağırdılar. Görünür, ayda 1 dəfə belə hal baş verir. Yoxsa mütəxəssis işçilərin yanında oturardi. Hər ikimiz orada olduğumuz üçün sənədləri hazırladılar və bank kartımı təqdim etdim. Üç gündən sonra pulu ora köçürdülər. DYP isə hələ də məni gözləyir".

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az-a bildir ki, sürücünün dediklərində həqiqət var. Amma bunun da şərtlıri var. Birincisi, hər bir yol qəzası barədə DYP-yə məlumat verilməlidir. Amma "Forma-4" o halda lazım deyil ki,

hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti  sığortalanmış olsun.

2. hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmasın;

3. hadisə nəticəsində sağlamlığa zərər dəyməsin, yəni yalnız maddi ziyan olsun;

4. hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edilsin.

Bax, bu dörd şərt olduqda "Forma-4" lazım deyil.

Hətta 2-ci şərt bir qədər nisbi məna daşıyır. Onsuz da hadisə barədə DYP-yə məlumat verilir, hadisə iştirakçıları ilkin olaraq razılığa gələ bilməsələr də DYP araşdırandan sonra onlardan birini günahkar hesab edərək müvafiq protokol və qərar tərtib edərək onlara verərsə, bu halda da sığorta hadisəsinin rəsmiləşdirilməsinin həmin sadələşdirilmiş protokol formasında istifadə etmək olar".

 

Elməddin

http://avtosfer.az/news/43650скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN