Almaniyada qeyri adi Volqa GAZ-21 markalı avtomobil 299 min avroya satılır.
Bu GAZ markalı avtomobili Mercedes-Benz S 600 ilə birləşdirilib - avtomobilin salonun tam olaraq Mersedes S 600 modelinə uyğun təchiz olunub (sükan, qabaq paneli, oturacaqlar və s.).
Avtomobil 5.5 litrlik 500 a.g. olan, V12 mühərriklə və 5 pilləli avtomatik sürət qutusuna malikdir.