• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

DYP-dən sürücülərə tövsiyə - Videoya baxmaq istəyirsinizsə qeydiyyatdan keçin - VİDEO

DYP-dən sürücülərə tövsiyə - Videoya baxmaq istəyirsinizsə qeydiyyatdan keçin - VİDEO

ASAN pay sistemində elektron kabineti olan sürücülərə yeni xidmət təqdim edilir. Belə ki indiyə qədər qayda pozuntuları ilə bağlı sürücülərə yalnız şəkillər göndərilirdi. Artıq sürücülərə şəkillərlə yanaşı videogörüntülər də göndərilir. Bu da polis və sürücü arasında yaşana biləcək mübahisələr zamanı fakt kimi çıxış edə bilər. Belə ki, qayda pozuntuları ilə bağlı onlara daha dolğun məlumat çatdırılacaq.

Bakı Şəhər Dövlət Yol polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, elektron kabinetə görüntünün təqdim edilməsi sübutedici fakt kimi çıxış edə bilər. Bu da sonradan mübahisələr yaranan zaman onların qarşısını ala bilər

Görüntünün təqdim edilməsi əgər sürücü haqlıdırsa məsələnin onun xeyrinə həll edilməsinə də şərait yarada bilər. Sürücülər bu yeniliyi müsbət qiymətləndirirlər

Bu xidmətdən yararlanmaq istəyən sürücülər mütləq asanpay.az saytında elektron kabinet yaratmalıdırlar. Əks halda onlar qaydanı necə pozmaları haqqında ətraflı məlumata malik olmayacaqlar.

Mənbə: http://avtosfer.az 


скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer