İKT.lent.az-ın Runews24.ru saytına istinadən məlumatına görə, Avstraliyadan olan dizayner Klemens Şillinger smartfondan asılılıqla mübarizə üçün cihazını təqdim edib.
O hesab edir ki, insanlar çox vaxt əllərində smartfonu ehtiyac yarandığı üçün deyil, əllərində nəsə fırlatmaqdan yaranan ehtiyac üçün saxlayırlar.
Bununla əlaqədar Şillinger “smartfonun əvəzedicisi”ni yaratmaq qərarına gəlib. “Substitute Phone” adlanan cihaz plastmasdandır və onun üzərinə daş muncuqlar əlavə edilib. Cihaz əvəzetmə müalicəsi prinsipi ilə işləyir. Belə ki, bu cihazı smartfon əvəzi əldə fırlamaq mümkündür. Gərginliyi aradan qaldırmaq üçün onun üzərindəki daş muncuqları hərəkət etdirmək imkanları da mövcuddur.

Mənbə: İKT.lent.az