Ensonxeber.az məlumat verir ki, patentə əlavə edilmiş təsvirdən göründüyü kimi, "Go" və "Stop now" düymələri yeni panelin mərkəzində yerləşir. Bundan başqa, elektrik şüşə qaldıranı, qapıları bloka salan, işıqlandırma tənzimləyicisi və oturacaq qızdırıcısı düymələri var. Lakin patentə əlavə edilmiş sənədə əsasən, sərnişinlərin belə konsolun köməyi ilə lazımi marşrutu necə təyin edəcəyini başa düşmək olmur.
Ehtimal ki, avtomobil səsli idarəetmə və ya mobil proqram vasitəsilə idarə olunacaq. Həmçinin fövqəladə hal zamanı avtomobili "Stop now" düyməsi ilə dayandırmaq mümkün olacaq. (azertag.com)
Mənbə: Ensonxeber.az