Harvardın tibb işçiləri xəbərdarlıq edib ki, uçuşdan və enmədən əvvəl mürgüləməklə qulaqları ömürlük zədələmək olar.
Avtosfer.az-ın məlumatına görə, təyyarənin uçuşu və enməsi zamanı yatan sərnişinlər öz qulağına bərpa olunmayan zərər verməklə risk edirlər. Bu barədə Harvard Tibb Məktəbinin araşdırmasına əsasən Independent xəbər verir.
Qeyd olunur ki, yüksəklik dəyişmə anında bir çox insanlarda qulağın daxilindəki təzyiqin daxildəki təzyiqlə uyğun olmamasına görə “qulaq tıxanır”. Bir qayda olaraq bu effektdən əsnəmək və ya udqunmaqla qulaqdakı yevstaxiy borusu adlanan nazik kanalı açmaqla qurtulmaq olar.