Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə kifayət qədər maraq var. Bir çoxlarının ən böyük istəyi avtomobil idarə etməkdir. Amma bunun üçün əvvəlcə sürücülük hüququ qazanmaq lazımdır. Sürücülüyün A, A1 və B kateqoriyalarından başqa, digər kateqoriyalar üçün sürücülük məktəblərinə yazılmaq lazımdır.İndi ən böyük problemdən biri sürücülük məktəbləridir. Çünki bu məktəblərdə sürücü hazırlığından söz gedə bilməz. Məktəblə gələcək sürücünün təması iki dəfə olur - bir məktəbə yazılanda, bir də şəhadətnaməni alanda. Bundan başqa, cəmiyyətdə belə bir fikirlər var ki, sürücülük vəsiqəsini müəyyən məbləğ qarşılığında almaq da mümkündür. Hətta bu iddialara görə, bir müddət əvvəl sürücülük vəsiqəsini qeyri-qanuni yollarla 1000 manata almaq olurdusa, hazırda qiymət bahalaşaraq 1500 manatadək qalxıb. Bəs görəsən, bu iddialar nə qədər doğrudur? Bu problemlərin həlli üçün hansı addımlar atılmalıdır?Milli.Az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, A1, A və B kateqoriyası üzrə hamı müstəqil qaydada hazırlaşıb imtahan verə bilər."Ancaq onlar ikinci dəfə qeyri-məqbul qiymət alarlarsa, o halda həmin sürücülük kurslarını müstəqil şəkildə bitirməlidirlər. Biz istərdik ki, sürücülüyə namizədlərlə dərslər lazımi qaydada keçirilsin. Onların ən azı bilikləri olsun, təkcə əzbərləməklə yox, başa düşmək, qavramaq yolundan istifadə etsinlər. Bu, onlara sürücülük hüququna yiyələndikdə daha çox yararlı olacaq".