Publika.az “Proceedings of the National Academy of Sciences” jurnalına istinadən xəbər verir ki, tədqiqatçılar hər 1000 avtomobil arasında göy rəngli maşında qəzaya uğrama ehtimalının sarı rəngə nisbətən 9 faiz çox olduğunu müəyyən ediblər.
Səbəb kimi isə alimlər göy rəngli maşınları görməyin daha çətin olmasını göstəriblər.
Araşdırmaçılar bu nəticəyə Sinqapurun ən iri taksi şəbəkəsinin 3 illik qəza statistikasını izləyəndən sonra gəliblər.