Porsche şirkəti yenilənmiş 911 GT3 RS superkarını təqdim edib. Superkar ən güclü atmosfer mühərriki ilə təchiz edilib. Porsche 911 GT3 RS modelinin kapotu altında 520 at qüvvəsi hasil edən 4,0-litrlik oppozit mühərriki yerləşir. Təkmilləşdirilmiş aqreqat əvvəlkindən 20 at qüvvəsi daha güclü olub. Lakin, bu son hədd deyil. Atmosfer mühərrikin gücünün 530 at qüvvəsinə qədər artırılması mümkündür.