BBC “Top Gear” tərəfindən ilin super avtomobili müəyyən edilib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, “Ferrari 488 Pista” modeli bu mükafata layiq görülüb. “Ferrari”dən verilən açıqlamaya əsasən, dünyanın ən məşhur avtomobil jurnalı “Top Gear” “İlin Super Avtomobili” mükafatını “488 Pista” modelinə verib. Şirkət artıq 16-cı dəfədir ki, bu mükafata layiq görülür. 710 at güclü mühərriki olan avtomobil jüri üzvlərinin çox xoşuna gəlib.

http://avtosfer.az