"Mitsubishi Electric" şirkətinin tədqiqatçıları eyni anda 10 dili anlayan sistem hazırlayıblar. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, yeni sistemin həm turizm, həm də digər sahələrdə istifadə edilməsi nəzərdə tutulur. Yeni texnologiya müxtəlif dilləri hər bir şəxsin səsinə və leksikonuna uyğun olaraq başa düşmək üçün süni intellektdən istifadə edir. Şirkətin mütəxəssisləri sistemdən əməli işdə istifadə etməmişdən əvvəl onun dəqiqliyini daha da təkmilləşdirmək niyyətindədirlər.
http://avtosfer.az
скачать dle 11.1смотреть фильмы бесплатно