• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Avstriyada “uçan taksi” uğurla sınaqdan keçirilib

Avstriyada “uçan taksi” uğurla sınaqdan keçirilib

Avstriyanın paytaxtı Vyanada “uçan taksi” uğurla sınaqdan keçirilib. “EHang 216” adlandırılmış innovativ nəqliyyat vasitəsi Avstriya-Çin şirkəti “FACC” və Çinin “EHang” pilotsuz təyyarələr istehsalçısı tərəfindən birgə hazırlanıb.

Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, sınaqlar zamanı “uçan taksi” Avstriyanın “Generali Arena” stadionu üzərində havaya qalxıb, sonra yerə enib. İstehsalçıların sözlərinə görə, nəqliyyat vasitəsi bütün sınaqlardan keçib və kütləvi istehsala hazırdır.

Görünüşcə sərnişinlər üçün kabinəyə malik böyük dronu xatırladan “uçan taksi”nin çəkisi 340 kiloqramdır. Saatda 150 kilometrədək sürət toplaya bilən nəqliyyat vasitəsi 2 sərnişini daşımaq imkanına malikdir.

Gözləntilərə görə, gələcəkdə belə taksilər sərnişinləri qısa məsafələrə daşıya, həmçinin sənaye və tibbi avadanlıqları çatdıra biləcəklər.

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer