Avtomobil istehsaldan çıxdıqdan sonra onun yenidən rənglənib rənglənməməsi barədə sosial şəbəkədə videogörüntü yayımlanıb.
Avtosfer.az xəbər verir ki, kadrlarda iki maşın ustası bunu “VAZ 2106” markalı avtomobilin üzərində yoxladıqları görünür.
Ustalar əvvəlcə xüsusi mayeni avtomobilin üzərinə çəkir, ardınca da rəng qabarmağa başlayır və onu şpatellə qaşıdıqdan sonra məlum olur ki, nəqliyyat vasitəsi neçə dəfə rənglənib.