• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

"İşıqforlarda taymerlər niyə sökülür? - Bəziləri öyrəşə bilmədi

Bir müddət əvvəl Bakı Nəqliyyat Agentliyi paytaxtın bəzi küçə və prospektlərində işıqforlardakı taymerləri yığışdırmağa başladı. Bu isə sürücülərin əksəriyyətinin etirazına səbəb oldu. Çünki dünya ölkələrində işıqforlara taymerlər yeni quraşdırıldığı halda, bizdə əksinə olaraq, yığışdırılmasını əksəriyyət birmənalı qarşılamır. Görəsən, paytaxtda yeni texnologiyanın yığışdırılması nə ilə bağlıdır?Avtomobil eksperti Elməddin Muradlı Lent.az-a açıqlamasında taymerlərin bir sıra problemlər yaratdığını söyləyib. Bildirib ki, adətən sürücülər işıqforun son saniyələrində dayanmayıb hərəkət edirlər, bu da qəzalara səbəb olur:

 
“BNA belə əsaslandırır ki, paytaxtın bəzi yerlərində taymerlər qəzalarla nəticələnir. Araşdırsaq görərik ki, doğrudan da belədir. Taymerlər hər yerdən yığışdırılmır. Təəssüf ki, bəzi yerlərdə işıqforun son saniyələrində sağdan və ya soldan hərəkət edən nəqliyyat vasitələri arasında qarışıqlıq yaranır. Çünki sürücülər son saniyələrdə kəsişmədəki maşınların hərəkət etməyəcəyini düşünərək yol ayırıcına daxil olur və nəticədə qəza yaranır. Daha təhlükəlisi isə taymerli işıqforların olduğu yollarda avtomobillər daha çox arxadan bir-birinə çırpılır. Çünki normal olmasa da, bəzi sürücülər intizamlı olduqlarını düşünərək yaşıl işığın sönməsinə 2-3 saniyə qalmış dayanırlar. Arxadan gələn isə yaşıl işığın hələ də sönmədiyini görür və sürətini daha da artıraraq tez keçməyə çalışır. Qarşıdakı avtomobilin dayandığını görmür və nəticədə qəza olur”.

Ekspert işıqfor yaxınlığında baş verən qəzaların təhlil olunduğunu söyləyib. Onun sözlərinə görə, yığışdırılan taymerlər də piyadaların təhlükəsiz hərəkəti üçün istifadə edilə bilər: “Bütün bunlar hamısı təhlil olunub və belə nəticəyə gəlinib. Dünya taymerlərə keçsə də, biz keçə bilmirik. Çünki bəzilərində şüur səviyyəsi hələ o qədər inkişaf etməyib ki, belə texnologiyalarla idarə olunsun. Taymerlərdəki rəqəmlər aləmi bir-birinə qatır. Rəqəmlərin olması daha bir problem yaradır. Məsələn, tutaq ki, BNA yaşıl dalğa elan edib və taymerdə yalnız ikirəqəmli say olduğu üçün qırmızı işıq 99-dək sayandan sonra yenidən 1-dən başlayıb sayır. Bu səbəbdən də bəzi sürücülər bilmədən hərəkət edərək cərimələnirlər. Bundan əlavə, bəzən taymerlərin düzgün işləmədiyi, texniki qüsur yarandığı və ya donduğu müşahidə olunub. Bütün bunlara görə onlar bəzi daha təhlükəli küçələrdən yığışdırılır. Yığışdırılan taymerlər harasa atılmır. Bəzi ikitərəfli yollarda piyadalar üçün həmin taymerlərdən istifadə etmək olar. Ancaq təəssüf ki, heç piyadalar da həmin taymerlərə əhəmiyyət vermir. Sürücülərimiz bir dərddirsə, piyadalarımız onlardan betərdir”.

https://avtosfer.az/
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer