• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

İnsan gözünə bənzər kamera yaradılıb

İnsan gözünə bənzər kamera yaradılıb

"Samsung" növbəti nəsil smartfonlar üçün ISOCELL GWB kamera sensorunu hazırladığını elan edib.

İlk ISOCELL görüntü sensoru RGB rəng filtrinə əlavə edilmiş ağ piksellə qurulub. Bunun sayəsində sensorun işığa həssaslığı artıb. “Samsung” nümayəndələrinin sözlərinə görə, Çinin “Tecno Mobile” şirkəti ilə birgə yaradılmış sensor “insan gözünə mümkün qədər yaxındır”.

Yeni məhsulun video təqdimatında qeyd edilir ki, ISOCELL GWB zəif işıq şəraitində fotoşəkillər çəkərkən daha parlaq təsvirlər və daha yaxşı rəng dəqiqliyi təmin edir. Sensorun təsvir ölçüsü 64 meqapikseldir.

Jurnalistlərin versiyasına görə, bu sensor 2022-ci ildə Tecno Mobile smartfonlarında görünə bilər. Həmçinin, yeni ixtira “Samsung” cihazlarına tətbiq olunacaq. Bununla belə, mənbələr hesab edir ki, Koreya brendinin 2022-ci ilin əvvəlində elan olunacaq yeni nəsil smartfonları klassik kamera sensorları alacaq.

https://avtosfer.az/
скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer