• Telefon: 055/050-533-90-84

  • İş saatı: Bazar ertəsi-Şənbə: 9.00-21.00

Xəbərlər

Dünyanın ən bahalı dayanacaqları bu şəhərlərdədir - SİYAHI

Dünyanın ən bahalı dayanacaqları bu şəhərlərdədir - SİYAHI

Dünyanın ən bahalı ödənişli dayanacaqları Londonda yerləşir. Bu şəhərdə avtomobili bir saat pullu dayanacaqda saxlamaq təxminən 11,3 dollara (19,2 manat) başa gəlir. 

Sfera.az xəbər verir ki, "Picodi.com” portalının ekspertləri dünyanın bəzi şəhərlərində parkovka qiymətləri ilə bağlı araşdırma aparıb. 

Araşdırmaya görə, Norveçin Oslo və Hollandiyanın Amsterdam şəhərləri reytinqin ilk 3-lüyündə yer alır. Adıçəkilən şəhərlərdə parklama qiymətləri müvafiq olaraq 8,57 dollar və 8,55 dollar təşkil edib. 

Paris (6,84 dollar), Sürix (6,51 dollar), Kopenhagen (5,98 dollar), Riqa (5,7 dollar) və Stokholmda (5,65 dollar) parklama yeddi dollardan ucuzdur. Təhlilçilər qeyd ediblər ki, daha ucuz parkinqlərə mərkəzdən uzaq ərazilərdə də rast gəlmək olar.

Qazaxıstan paytaxtı Nur-Sultanda (0,23 dollar), Bişkekdə (0,29 dollar), Buenos-Ayresdə (0,30 dollar), Minskdə (0,4 dollar), Mexikoda (0,51 dollar) və Tbilisidə (0,96 dollar) parklanamın nisbətən aşağı qiyməti qeydə alınıb

Bəzi şəhərlərdə yerli sakinlərin avtomobillərini evlərinin yaxınlığında pulsuz park etməsinə icazə verilir. Bu xidmət Lissabon, Roma, Buenos-Ayres, Mexiko, Tirana və Skopyedə təmin edilir. Digər şəhərlərdə sakinlər parkinq icazəsi ala bilərlər. Şəhərlərdə parkinqlə bağlı abunə sistemi də tətbiq edilir. Moskvada ildə 40 dollara, Praqada 27 dollara, Berlində 12 dollara, Stokholmda 407 dollara, Riqada 342 dollara və Amsterdamda 36 dollara abunə olmaq mümkündür.

İrəvanda parkinq qiyməti 0,21 dollar, Tbilisidə 0,32-0,96 dollardır. 

Bakıda ən aşağı parkinq qiyməti 0,5 manatdan (0,29 dollar) başlayır. Orta qiymət isə 1 manatdır (0,59 dollar).

https://avtosfer.az/ 

скачать dle 11.1смотреть фильмы бесплатно

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer