• Telefon: 055/050-533-90-84

  • İş saatı: Hər gün

Xəbərlər

Bu nömrəli maşınlarla sərnişin və yük daşımaq qadağandır - 150 manat cərimə

Bu nömrəli maşınlarla sərnişin və yük daşımaq qadağandır - 150 manat cərimə

Ölkə ərazisində xarici nömrəli nəqliyyat vasitələrilə sərnişin və yük daşıyan sürücülərə tez-tez rast gəlirik. Xüsusən də Gürcüstan və Rusiya qeydiyyatlı minik avtomobilləri və avtobusları ilə rayonlara sərnişin daşıyan, eyni zamanda kommersiya məqsədli yükləri daşıyan avtomobillərin hərəkətinin şahidi oluruq. Lakin əksər sürücülər belə nəqliyyat vasitələri ilə ölkə daxilində sərnişin və yük daşınmasının qadağan olunduğunu bilmirlər.

İnzibati Xətalar Məcəlləsinin 500-cü maddəsində qeyd olunub ki, Azərbaycan Respublikasının gömrük ərazisinə müvəqqəti gətirilmiş nəqliyyat vasitələrinin gömrük ərazisinə müvəqqəti gətirilməsinin məqsədlərinə uyğun olmayan ölkədaxili sərnişin və ya yük daşımalarında digər şəxslər tərəfindən istismar olunmasına görə - yüz əlli manat məbləğində cərimə edilir.

Qeyd edək ki, bu maddə beynəlxalq yük və sərnişin daşıyan nəqliyyat vasitələrinə şamil olunmur. Həmin nəqliyyat vasitələri ölkə ərazisində, məsələn, bir rayondan digər rayona sərnişin və ya yük daşıyırsa o  zaman həmin sürücü məsuliyyətə cəlb oluna bilər.

İNDİ MÜRACİƏT ETMƏK ÜÇÜN

DAXİL OLUN
ForkPlayer